
İş detalları
15 08 2025
İşin təsviri
Müvafiq region üzrə gecikmiş kreditlərə dair borcalanların və zaminlərin qeydiyyatda olduğu ünvanlara, faktiki yaşayış yerlərinə və iş yerlərinə səfərlərin həyata keçirilməsi;
Problemli kreditlərin qaytarılması ilə bağlı tədbirlərin görülməsi və borcun könüllü şəkildə ödənilməsinə nail olunması istiqamətində fəaliyyətin təşkili;
Daxili normativ sənədlərin – təlimatların, prosedurların və əsasnamələrin hüquqi ekspertizasının aparılmasında iştirak və onların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
Əlaqədar dövlət və qeyri-dövlət qurumları ilə yazışmaların aparılması, sorğuların göndərilməsi və cavabların koordinasiyası;
Kredit portfeli üzrə zəruri məlumat və sənədlərin PKİD-ə (Problemli Kreditlər üzrə İdarəetmə Departamentinə) aid xüsusi proqram təminatına tam və düzgün şəkildə yüklənməsi;
Vəzifə fəaliyyəti çərçivəsində tələb olunan müxtəlif analitik və statistik hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi.
Namizədə olan tələblər
Sürücülük vəsiqəsinin və şəxsi avtomobilinin olması mütləqdir;
Gəncə-Qazax regionu üzrə Gəncə şəhərində yaşayan namizədlərə, Cənub regionu üzrə isə Lənkəran şəhərində yaşayan namizədlərə üstünlük verilir;
Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
Sürücülük vəsiqəsi;
1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.
İş şərati
Gəncə-Qazax və Cənub regionu üzrə Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi
Əmək haqqı: NETT 1500 AZN
Vəzifə öhdəliklərini şəxsi avtomobili ilə icra edəcək əməkdaşa yanacaq və avtomobilin istismar xərcləri şirkət tərəfindən ödəniləcək
6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
CV-lərinizi “Problemli kreditlər şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.