Mexanik

GLOBALLY SOFT MMC

18.07.2025

3
Müraciət et

İş detalları

Bakı Tam Ali 800-1000 Son tarix 
17 08 2025
İşin təsviri

Pet plastik butulkaların yuyulması, doğranılması üzrə liniya avadanlığının, qramulyator, kompressor aparatlarının sazlanması və texniki baxışının təmin edilməsi;
Suyu istitmə və soyutma adanlıqlarının sazlanması və texniki baxışının təmin edilməsi;
Avadanlıq və qurğuların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
Mütəmadi olaraq avadanlıqlara və qurğulara baxış, sınaq və profilaktik təmir işlərinin təyin və təşkil edilməsi;
İstehsalatın texniki hazırlığını təmin etmək. Tələb olunarsa təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırmaq, onları lazımi texniki sənədlərlə təmin etmək, əsaslı təmir üçün siyahı tutulmasında iştirak etmək;
Tələb olunan ehtiyat hissələrinin düzgün təyin edilməsi və bununla bağlı məlumatın məsul şəxsə ötürülməsi;
Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini və kinematik sxemlərini, təmir, quraşdırma və montaj metodlarını bilməli, təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanmasının təmin edilməsi;
Şirkətin daxili qaydalarına ciddi əməl edilməsi;
Texniki-təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi;
Rəhbərliyin işlə bağlı tapşırıqlarının vaxtında icra edilməsi.

Namizədə olan tələblər

Vətəndaşlığı: Azərbaycanlı
Cins: Kişi
Təhsil səviyyəsi: Sahə üzrə peşə təhsili
Yaş həddi: 25-55 aralığı
Stressə davamlı və işində müntəzəm və dəqiq olmalıdır.

İş şərati

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Zığ yolu küçəsi, Gəncə Prospekti 749
İş rejimi: həftənin 6 günü
İş saatları: 09:00-dan 18:00-dək
Əmək haqqı: 800-1000 manat aralığında

Oxşar vakansiyalar