
İş detalları
17 08 2025
İşin təsviri
Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşmənin aparılması, 1C proqramında və e-hökumət portallarında müvafiq əməliyyatları icra etmək;
Heyətin şəxsi işlərini formalaşdırmaq, sənədlərin kağız və rəqəmsal daşıyıcılarda (1C) toplanıb saxlanmasını təmin etmək;
İşçilərin anket məlumatlarının (staj, imtiyaz, ailə tərkibi, əlillik, hərbi xidmət və s.) uçotunu aparmaq və bu məlumatlara uyğun qanunvericiliyin tələblərini yerinə yetirmək;
Məzuniyyətlərin uçotunu aparmaq, işçilərin vaxtı-vaxtında məzuniyyətə çıxmasına nəzarət etmək. Əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət əmrlərinin işləmək, müvafiq sənədləşməni və 1C proqramında əməliyyatları icra etmək;
Səlahiyyətli şəxslə razılaşdırıb vakansiya elanlarını hazırlamaq, yerləşdirmək;
Namizədlərin seçimini, müsahibələri təşkil etmək;
Seçilmiş namizədlərə iş təkliflərini, vəzifə təlimatlarını hazırlayıb təqdim etmək.
Adaptasiya mərhələlərini təşkil və icrasına nəzarət etmək (Onboarding – sınaq dövrünün yekunlaşması).
Davamiyyətin qeydiyyatını və aylıq tabelləri hazırlamaq (1C proqramında icra etmək, sənədləşməni təmin etmək), heyətin nizam-intizamına nəzarət;
Əmək haqqının hesablanmasını və əmək haqqı sənədləşməsini icra etmək;
Şirkətin qoşulduğu satınalma müsabiqələri üçün İnsan resurslarına aid sənəd, məlumat və hesabatları hazırlayıb təqdim etmək;
Namizədə olan tələblər
İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
İnsan resursları sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin (xüsusən Əmək qanunvericiliyinin) tələblərini bilmək və tətbiq etmək;
İnsan resursları sahəsində sənədləşmə işlərinin aparılmasını müvafiq təlimatların tələblərinə uyğun təmin etmək;
Əmək haqqının hesablanması qaydaları və normalarını bilmək (1C 8.3 – İnsan resursları prosedurları və əmək haqqı hesablanması) və tətbiq etmək;
MS Office proqramlarından (xüsusilə Word, Excel) sərbəst istifadə;
Azərbaycan, İngilis, Rus dili (səlis, işgüzar, yazılı və şifahi ünsiyyət)
Şəxsi keyfiyyətləri:
Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;
Adaptiv ünsiyyət, stresə davamlılıq, həll yönümlü qərar verə bilmək bacarığı;
Prioritetləşdirmə, vaxtın planlanması;
Komandada effektiv işləmək bacarığı;
Müvafiq sahədə ixtisaslaşma, inkişaf etmək.
İş şərati
İş qrafiki: 5 gün, 08:00 –dan 17:00-dək.
İş yeri: Badamdar Estates (Mikayil Müşviq küç.1C).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İR üzrə mütəxəssisi yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.